Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunmuş müsabiqənin müsahibə mərhələsinə start verilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Dövlət İmtahan Mərkəzində dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 14 oktyabr 2020-ci il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsi başlayıb.
İlk olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində işləmək istəyən namizədlər müsahibə mərhələsində iştirak edib.
Həmçinin ötənilki müsabiqənin test imtahanlarında qanunvericiliklə müəyyən edilmiş keçid balını toplayan və inzibati vəzifə üzrə sertifikat əldə edən 31 namizədin də müsahibə mərhələsində iştirakı təmin olunub.
Dövlət orqanları üzrə müsahibələr Mərkəzin rəsmi internet portalında yerləşdirilmiş qrafikə uyğun olaraq 13 mart 2021-ci il tarixə kimi davam edəcəkdir. Qeyd edək ki, 24 dövlət orqanı tərəfindən müsabiqəyə çıxarılan 205 vakant vəzifənin tutulması üçün 571 namizəd sənəd təqdim edib. Test mərhələsində iştirak edən 559 namizəddən 326-sı, mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vakant vəzifələrin tutulması üçün esse imtahanında iştirak edən 12 namizəddən 8-i keçid balını toplayıb.
Adilə Səfərova