Arazboyu ərazidə növbəti monitorinq keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Naxçıvan Muxtar Respublikası Baytarlıq Xidmətinin əməkdaşlarının Arazboyu Dövlət Təbiət Yasaqlığı ərazisində keçirdiyi növbəti monitorinqdə mütəxəssislər əraziyə baxış keçirib və köçəri quşların qışlama şəraiti ilə maraqlanıblar. Monitorinq zamanı yasaqlığın ərazisi texnika vasitəsilə dezinfeksiya olunub.
Qeyd edək ki, “Arazboyu” Dövlət Təbiət Yasaqlığı ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan fauna növləri də yaşayır. Muxtar respublika ərazisində mövcud olan quşların 85 faizindən çoxu bu ərazilərdə məskunlaşıb.
Bundan başqa yasaqlıq ərazisi miqrasiya dəhlizi olduğundan köçəri quşlar da bu ərazilərə yuvalayıb nəsil artırmaq, qışlamaq və qidalanmaq üçün köç edirlər.
Səftər Sadiqov