Genetika çox qəribə və maraqlı anlayışdır. Anadan övladına bir çox zahiri və daxili cəhət keçsə də, adətən körpələrə atadan daha çox genetik xüsusiyyət ötürülür.
NUHÇIXAN atadan övlada ötürülən genetik xüsusiyyətlərin bir neçəsini təqdim edir:
Üzün simmetriyası körpəyə atadan keçir. Əgər atanın qalın çənəsi, assimetrik qaşları və burnunda əyriliyi varsa, körpə də həmin xüsusiyyətlərlə doğula bilir. Həmçinin normadan böyük qulaqlar da bu siyahıya aiddir.
Batıq yanaqlar üz əzələsi ilə bağlı olan xüsusiyyətdir və dominantlıq təşkil edir. Əgər atanın yanağı batırsa, övladında da bu xüsusiyyət təkrarlanacaq.