Diaqnostika Müalicə Mərkəzinin tibb işçiləri üçün ikinci doza vaksinin vurulmasına başlanılıb - FOTOLAR
Ötən gündən başlayaraq muxtar respublikada tibbi personalların ikinci doza vaksinasiyası keçirilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün isə Diaqnostika Müalicə Mərkəzinin tibb işçiləri üçün ikinci doza vaksinin vurulmasına başlanılıb. Bu məqsədlə mərkəzdə xüsusi otaqlar ayrılıb. Tibb işçiləri əvvəlcə müayinədən keçirilib və “Sinovac” vaksini ilə peyvəndlənib. Gün ərzində mərkəzin 180 tibb işçisi vaksinasiyaya cəlb edilib və heç bir ağırlaşma halı müşahidə olunmayıb.
Qeyd edək ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na müvafiq olaraq muxtar respublikanın səhiyyə müəssisələrində ardıcıl tədbirlər həyata keçirilir. Bu məqsədlə Naxçıvan Muxar Respublikası Səhiyyə Nazirliyində fəaliyyət göstərən xüsusi komissiyanın nəzarəti ilə xüsusi işçi qrupu tərəfindən vaksinasiya davam etdirilir.
Sadiq Məmmədov