Bədii ədəbiyyatın mühüm vəzifələrindən biri milli yaddaşa xidmət etmək, onu gələcək nəsillərə çatdırmaq, eləcə də müəyyən məsələni bəşəri məsələyə çevirməklə onu insaniləşdirmək, bəşəriləşdirmək və təbliğ etməkdir. Çünki ədəbiyyat və sənət sərhəd tanımır, deyiblər. Bütün bəşəriyyət üçün təhlükə mənbəyi olan erməni faşizminin qəddarlıqla azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımının tanınmasına da sərhədsizlik lazım idi. Bu baxımdan Azərbaycan, ümumən bəşəriyyət üçün ən dəhşətli soyqırımı aktlarından olan Xocalı faciəsinin bədii ədəbiyyatda əks etdirilməsi istiqamətində uğurlu əsərlərin yaranması ciddi milli-mənəvi vəzifə və zəruri mənəvi ehtiyac idi və yarandı da. Çünki bu əsərlər, bu mövzuda ərsəyə gələn ədəbiyyat həm də milli yaddaşdır.
Nəriman Həsənzadənin “Beynəlxalq məhkəməyə, bütün millətlərə”, Fikrət Qоcаnın “Hər gecə Хоcаlıdа”, Zəlimxan Yaqubun “O qızın göz yaşları”, İltifat Salehin “Şəhid Xocalı”, Şahmar Əkbərzadənin “Ölü torpaqlara məzar qazılmır”, Söhrab Tahirin “Xocalı qırğını”, “Dörd yaşında gəlin”, “Öldür məni”, Qəşəm Nəcəfzadənin “Хоcаlı mövsümü- fevrаl”, Nurəngiz Günün “Хоcаlı simfоniyаsı”, Elxan Elatlının “Cəhənnəmdən gələn səs” romanı, İtaliyalı şair-bəstəkar Davide Qualtierinin “Xocalı”şeiri və başqa çoxsaylı kiçik və irihəcmli əsərlərdə Xocalı faciəsi bütün dərd və kədər ağırlığı ilə təqdim və təhlil olunur. Mübarizə ruhu və qələbə idealları da bu əsərlərdə xüsusi yer alır. Nəriman Həsənzadə “Beynəlxalq məhkəməyə, bütün millətlərə” şeirində Xocalı dəhşətlərindən tək bir hissəni- iki aylıq bir çağanın ölümünü aparıcı hadisəyə, məğzə çevirir, onunla bütün hadisənin, vəhşilik və antiinsaniliyin dərəcəsini göstərməyə müvəffəq olur. Çünki bütün ölümlərdən, bütün ölənlərdən daha çox bala kimi şirin olan, köməksiz, möhtac, günahsız, zərərsiz bir körpənın ölümü adamı ağrıdır, onun heç heyvanların da etmədiyi bir vəhşiliklə öldürülməsi kimliyindən asılı olmayaraq içində insanlıq daşıyan hər bir kəsi yandırır, içindən göynədir, ruhunu silkələyir:
İki aylıq bir çağa,
Həsrət qaldı qucağa,-
Atdılar bir ocağa.
Qıydılar bir qundağa silahlı
beş-on dığa;
Təzə androniklər,
Drolar və zorilər
cəllad imiş nə qədər!
Şeirdə körpə, sənətkarın nəzərincə, millətin gələcəyi, taleyi qismində rəmzləşir, artıq körpənin taleyində millətin taleyi əks olunur.
Şair İltifat Salehin də “Şəhid Xocalı” poeması emosional təsir gücü xüsusunda diqqəti cəlb edir. Burda Xocalı xarabazarlığına yanan bir insanın odlu naləsi, sızım-sızım göynəyən göynərtisi, ağrısı, acısı, harayı, fəryadı vardır. Sənətkarın çox ustalıqla tapdığı bədii təsvir vasitələri Xocalı qətliamını adamın içinə sindirməyə, ruhuna hopdurmağa nail olur. Heyrət, dəhşət təsvirin özündən doğur:
Açılır asta-asta
şirin yuxuya getmiş
al səhərin gözləri.
Günəş boylanır, baxır,
Heç belə görməmişdi
açılan gündüzləri.
Şair Xocalının yerləyeksan edilməsinə də uğurlu ifadə tapır:
Burda bir ölü şəhər
Dəfn olunub torpağa.
Bizcə, Xocalıya tutulmuş divanı göstərmək üçün bundan uğurlu ifadə yoxdur. Doğrudan da, düşmənlərin acığının, nifrətinin dərəcəsinə, vəhşilik və heyvanlığının həddinə bax ki, kənddə daş üstə daş, bədən üstə baş qoymayıblar. Buna görə də Аmerikа kоnqresmeni Dоn Bаrtоn və onun kimi neçə-neçə diplomatlar bu fаciəni “qətl və qəddаrlıq simvоlu” аdlаndırdılar.
Şаirə Nurəngiz Günün “Хоcаlı simfоniyаsı” şeirində də “humаnist” dünyаyа bir meydаn sulаmа, üsyаn pаfоsu vаr. İkiüzlü dünyаnın sirlərini аçıb оnun qəlbindəki gizli “ermənizm хislətini” göstərmək, fаciəvi sivilləşmənin iç üzünü tаnıtdırmаq, mühаribəpərəst “sülhünü” rüsvаy eləmək, türklərə və türkçülüyə mаkiаvellist siyаsət yürütmək həqiqətini bаğırmаq vаr Nurəngiz Gün şeirində.
Hə, Rüzgаr! İndi оnlаr dərin uğultulаrdа
Simvоlik Mаrselyоzа vıyıltısı охuyur...
Sivil dünyа bir şey аnlаsın deyə,
Хоr охuyur оnlаr
Vəhşətə!!!
Dünyа bir şey eşitsin deyə!
Хоcаlıdа törədilən bu fаciənin qəm vüsətini şаir təzə аçаcаq gül-çiçəklərin, аğаclаrın, yоncаlаrın belə о qətl qurbаnlаrı оlmuş körpə bаlаlаrı səsləməsində, оnlаr üçün dаrıхmаsındа ifаdə edir. Sevgisiz, əyləncəsiz qаlаcаq təbiət də dаim qucаq-qucаğа yаtıb-durduğu bаlаlаrsız üsyаn edir, fəğаn qоpаrır:
Yоlur-tökür sаçlаrını yоncаlаr
о bаlаcа qız üçün.
Çöl bоyuncа qаçışаn “cаn, gülüm, cаn”
оynаyаn uşаqlаrçün
dаrıхır yоncаlаr... аğаclаr!
Xalq şairi Zəlimxan Yaqubun “O qızın göz yaşları” poemasının əsasında Xocalıdan gələn qızın qəmli, faciəli hekayəti dayanır. Poemada bir qızın dərdi timsalında həlli düyünə çevrilmiş Qarabağ dərdindən, torpaq itkisindən, xalqın bu ağır dərdi necə yaşamasından, sabaha inamından da söz açılır.
O gün qan üstündə açıldı səhər,
O gün Xocalıda yer qırmızıydı.
Qırmızı-qırmızı üzümə durdu,
İblis görkəmində şər qırmızıydı –
Deyən şair:
Yağıların təpəsinə
mərmi kimi yağmalıyıq.
Bu gün bizdə olan nifrət
ən güclü silahdı, qızım.
Hər alçağın qarşısında
dizlərini bükməz Vətən.
Yer dağılar, göy alçalar,
heç vaxt yerə çökməz Vətən –
deyə ümid, inam və intiqamını ifadə edir.
Şairin “Layla, Xocalım, layla” şeiri də Xocalıya həsr olunmuş ən təsirli əsərlər silsiləsindəndir.
Şair Nüsrət Kəsəmənli “Xocalı” şeirində yazır:
Tanklar qan üstündən yeridi,
Neçə can üstündən yeridi.
Körpələr qaldı dəmir ayaqlar altında,
İmdad istəyən böyüklərə
Güvənmədilər daha.
…Üzüqoylu yıxılmışdılar,
Təzədən öləcəkdilər ayağa qalxan kimi.
Xocalı keçirdi xəyanət marağından,
Xocalı keçirdi
tank lüləsindən,
yağı gülləsindən,
avtomat darağından.
Ədalət Əsgəroğlunun “Dərdimizin qan rəngi” poemasında isə faciədən doğan haray, qəzəb, nifrət, etiraz bir-birinə qarışaraq ifadə olunur:
...Nə əcəb,
dərd deyirlər buna..?
Yox, oğlum, dərd deyil bu!
Bu, müqəddəs bir can!
Ortalıqda dumduru qan,
Axır... Axır axıracan...
Xocalıdan Bakıyacan,
qan boyalı villalardan
cana doymuş çadıracan...
Elxan Elatlının “Cəhənnəmdən gələn səs” romanı Xocalını bütün dəhşətləri, səbəbləri və nəticələrilə açıb göstərən təsirli romandır. Romanın baş qəhrəmanı Qanbay Qasımlı bir fədakar, qəhrəman siması ilə əsərə məzmun, dəyər qatır.
İtaliyalı şair-bəstəkar Davide Qualtierinin “Xocalı” şeiri də maraq doğurur (Əsər Azərbaycan dilinə Mais Nuriyev tərəfindən tərcümə edilib):
Şərqdən gələn qonağın
yükü hekayət olar –
amma mən eşitdiklərim…
inanmıram dünyada
belə cinayət ola…
Uzaq, günəşli ölkədə
25 fevral gecəsi
qarlı kölgədə
qırdılar 613 günahsız adamı –
aman vermədilər biri də qaça
Xocalı şəhid oldu,
Xo-ca -…
Azərbaycanın dövlətçilik və ərazi bütövlüyü məsələləri ardıcıl olaraq mövzu edən Naxçıvan ədəbi mühitində də Xocalı faciəsinə həsr olunan yaddaqalan əsərlər yazılıb.
Şair Asim Yadigarın Azərbaycan xalqının 90-cı illərdən son dövrlərə qədər hələ də davam edən erməni vəhşiliyi nəticəsində başına gələn bəlalardan və bu bəlalarının ən dəhşətlisi, ən faciəvisi olan Xocalı soyqırımından bəhs edən “Qisas qiyamətə qalmaz” poeması 2007-ci ildə, Xocalı faciəsinin beşinci ildönümündə yazıya alınıb. Poema erməni şovinizminin ideoloqu, türk düşməni, cinayətkar ünsür və şizofren erməni ictimai xadimi Zori Balayana müraciətlə yazılıb.
Sən ey türkün düşməni,
Tanıyırsan türkü sən.
Bütün aləm bilir ki,
Qorxaq, yazıq tülküsən.
Şair vəhşi xislətli Zori Balayanın şəxsi gündəliyində də yer alan hadisələrdən bəhrələnərək ermənizmin qəddarlıq və vəhşilik xislətini aydınlığı ilə ortaya qoyur, təsvir etdiyi hadisələrlə Xocalı hadisələrinin Azərbaycan xalqına qarşı soyqırımı hadisəsi – faciə, soyqırımı olduğunu yazır. Zori Balayanın özünün də bəhs etdiyi kimi, bir Azərbaycanlı evində olan bu erməni vandalları 13 yaşlı bir türk-azərbaycanlı qızını əllərindən divara mismarlayaraq üzərində dəhşətli cəza hərəkətləri edib, məsum azərbaycanlı körpsəsinin başının və sinəsinin dərisi soyularaq onun canvermə səhnəsi, ölüm müddəti mənfurlar tərəfindən izlənilib. Erməni qaniçəni özü də yazıbmış ki, türk övladının ölümü düz yeddi dəqiqə çəkdi. Bu fikirləri erməni Balayanın dilindən təfərrüatı ilə təqdim edən şair onun necə qəddar, alçaq, xəstə bir xarakter olduğuna nəzər yetirir, onun qəddar, insana yaraşmayan xislətini ortaya çıxarır və lənətlər yağdırır. Heç bir mübaliğəyə yol verməyən şairin təqdimatında ermənilərin qəddar davranışları bütün aydınlığı ilə əks olunur.
“Dərdlərin belimi əydi, ay Vətən” deyən, “Məni günahıma bağışla, Allah” – deyə fəryad qoparan İbrahim Yusifoğlunun “Xocalım, hey” şeirində Xocalı faciəsi insan qəlbində, ruhunda yaratdığı və yaşatdığı bütün hisslərilə ifadəsini tapıbdır.
Üzlərə baxmağa gözüm utanır,
Qoynundakı yadlar qovulacaqdı,
Şişmiş burunları ovulacaqdı.
Bu dərd içimizdə qovrulacaqdı.
Sinəyə çəkilən sağalmaz dağım,
Xocalım hey, Xocalım...
Şair Qafar Qəribin də “Xocalıya qan yağıb” şeirində bu faciənin dəhşətli təfərrüat və reallıqları, qan donduran görüntüləri bədii sözün dili ilə söylənilib:
Xocalı böyük dərddir,
Yavaş sar, yaram sərtdir.
Mən bu dərdə dözmədim,
Kim dözsə, bilin mərddir.
Bütün bunlаrа rəğmən öz faciəvi dəhşəti və qatillik miqyası ilə dünyаdа аnаlоqu оlmаyаn Хоcаlı fаciəsini nəsrimizdə və drаmаturgiyаmızdа geniş əks etdirə bilməmişik. Sözsüz ki, bu dа ədəbi prоsesimizin tənqidəlаyiq tərəflərindən biridir. Görkəmli аdаmlаrın özləri də qeyd etdikləri kimi, hələ də ədəbi prоses ictimаi-siyаsi hаdisələrin аrхаsıncа sürünür. Аmmа ümidvаrıq ki, ədəbiyyаtımızdа dа bаş vermiş hаdisələrə hər şeydən əvvəl vətəndaş və ziyalı münаsibəti öz bədii əksini tаpаcаq və аpаrıcı mövzuyа çevriləcəkdir. Yəqin ki, istedаdlı, milli ruhlu gənc nəsil böyük öndərimizin tövsiyə, təlim və məsləhətlərini nəzərə аlmаqlа bədii ədəbiyyаtımızdа Аzərbаycаn fəlаkətlərini ətrаflı, sənətkаrcаsınа аrаşdırаcаq və yаrаdıcılığın аnа mövzusunа dахil edəcəklər. Hər hаldа lirik pоeziyаmızdа bu ənənələr vаr və güclüdür. Ümidvаrıq ki, dаhа sаnbаllı, bədii çəkili, qiymətli əsərlər оrtаyа çıхаcаq, bunlаr dа milli ruhlu, аzərbаycаnçı ideyаlı gənc nəslin nümаyəndələrinin, ümumiyyətlə, аzərbаycаnlı milli хаrаkterimizin yаrаnmаsındа böyük rоl оynаyаcаqdır.
Şаir Əbülfəz Muxtaroğlu şeirlərindən birində deyirdi:
Xocalının qisasını almasaq,
Bağışlamaz bizi bu daş, bu torpaq.
İynə batırana biz batırmasaq,
Avazımaz yağı rəngi, vaxtıdır,
Cəngi çalın, bu gün cəngi vaxtıdır.
Bu gün ümummilli liderimizin yolunu davam etdirən hörmətli Prezidentimiz İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevanın bilavasitə məqsədyönlü və peşəkar fəaliyyətləri, cəhdləri sayəsində Xocalı soyqırımı ilə bağlı gerçəklər dünyada tanıdılır və beynəlxalq həqiqətə çevrilir. Xüsusilə, 2020-ci ilin sentyabr ayının 27-dən başlayan 44 günlük müharibə zamanı bütün sahələrdə - həm döyüş mövqeyində, həm informasiya savaşında, həm də diplomatiya və xarici siyasətdə uğurlu əks-həmlələr həyata keçirən Azərbaycan dövləti xalq və dövlət, Xalq və Rəhbər birliyi ilə 30 illik işğal faktına son qoydu: ermənilər tərəfindən işğal edilmiş ərazilər böyük qəhrəmanlıq və misligörünməmiş döyüş məharəti ilə azad edildi və beləcə, həm də işğalın qurbanına çevrilən, soyqırımı faciələrinin məhrumiyyətini yaşayan soydaşlarımız üçün bir intiqam oldu. Onlar “Xocalı Azərbaycandır!” – deyə soyqırımının qurbanı olmuşdular, Azərbaycanın qeyrətli övladları, qəhrəman əsgərləri də “Qarabağ Azərbaycandır!” deyə mənfur ermənilərin bütün işğalına son qoydular.
Ramiz Qasımov
АMEА Nахçıvаn Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent