Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi ixtisaslı kadrlar hazırlayır - VİDEO
Muxtar respublikada peşə ixtisaslı kadrlara olan tələbatın ödənilməsində Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbinin də mühüm rolu var. Məktəbdə müdavimlərin peşəkar sürücü vərdişlərinə yiylənmələri üçün hərtərəfli şərait yaradılıb. Ona görə bura üz tutan müdavinlərin sayı ilbəil artır. Son 10 ildə məktəbi 20 mindən çox müdavim bitirib. Hazırda məktəbdə dərslər 17 qrupda davam etdirilir ki, bunun 2-sində qadınlar təhsil alır.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi həmin vidoematerialı təqdim edir:
Hafizə Əliyeva