Təhsil müəssisələrində “Ümumdünyа Mülki Müdаfiə Günü” qeyd olunub - FOTOLAR

A- A A+

Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin mətbuat  xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Fövqəladə və Təhsil Nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər 10 №-li tam orta məktəbdə 1 mаrt “Ümumdünyа Mülki Müdаfiə Günü” münasibətilə “Fövqəladə hallara hazır olaq” mövzusunda viktorina keçirilib.

Əvvəlcə şəhidlərin xatirəsi yad edilib, sonra dövlət himni səsləndirilib.

Aparıcılar “Ümumdünyа Mülki müdаfiə günü”nün yaranma tarixi, bu günün mahiyyəti və müasir dövrümüzdə mülki müdafiənin rolu, fövqəladə hallar zamanı uşaqların necə davranmaları, özünə və başqalarına necə yardım göstərmələri haqqında şagirdlərə  məlumat verib.

Viktorinada 4 komanda (Qarabağ, Şuşa, Odlar Yurdu və Azərbaycan) hər birində 3 nəfər olmaqla, ümumilikdə 12 nəfər öz komandasının qalibiyyəti uğrunda mübarizə aparıb. Cavablar münsiflər heyəti tərəfindən nəzəri suallarda 5, 10 və əməli suallarda isə maksimum 15 balla qiymətləndirilib. Əməli suallarda komandalar arasında zəhərlənmələr zamanı əleyhqazın düzgün geyinilməsi, fövqəladə hallar zamanı zərərçəkənlərdə qanaxma, sınıq və yanıq olduqda əlaltı vasitələrlə ilk yardımın göstərilməsi əks olunub.

Viktorinanın sonunda Şuşa komandası 1-ci, Qarabağ komandası 2-ci, Odlar Yurdu komandası 3-cü və Azərbaycan komandası 4-cü yerə çıxıb. Komandalara nazirliklər tərəfindən diplomlar verilib. Tədbirin sonunda şagirdlərin ifasında həm qələbə sevincini, həm vətənpərvərlik hissini özündə əks etdirən “Azərbaycan” mahnısı səsləndirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: