NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və Naxçıvan Dövlət Universitetinin birgə əməkdaşlığı ilə universitetdə “Vikipedia könüllüləri” layihəsi çərçivəsində görüş keçirilib. I kurs magistrantlarla keçirilən görüşdə universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov qeyd edib ki, muxtar respublikamızda gənclərin yaradıcılıq axtarışlarının stimullaşdırılmasına, milli ruhda tərbiyəsinə, onların sosial müdafiəsinin və məşğulluğunun təmin edilməsinə ciddi önəm verilir.
Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun aparıcı mütəxəssisi Sübhan Rəhimli slayd və videoçarxlar vasitəsilə layihənin məqsədi, gələcək fəaliyyəti haqda ətraflı məlumat verib. Qeyd edilib ki, ölkəmiz və muxtar respublikamızla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında gələcəyin mütəxəssisləri olacaq magistrların əməyindən istifadə olunmalıdır.
Sonda layihə üzrə könüllü tələbələr qeydiyyata alınıblar.
Etibar Dərbəndəliyev
“Jurnalistika” ixtisası üzrə III kurs tələbəsi