Suqovuşan qəhrəmanı şəhid Nihad Seyidov - VİDEO

A- A A+

Qanı ilə, canı ilə tarix yazan, şəhadətə yüksələn Vətən oğulları and yerimiz, fəxarətimiz, baş ucalığımızdır. Ötən ilin sentyabr ayının 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində tarixi zəfərimiz şəhidlərimizin canı, qanı bahasına qazanıldı. Vətəni üçün canını fəda edən belə igidlərdən biri də Suqovuşan qəhrəmanı Nihad Seyidovdur.

Nihad Seyidov 1998-ci ildə Culfa rayonunun Teyvaz kəndində anadan olub. İlk təhsilini Naxçıvan şəhərində alan Nihad ailəsinin istəyi ilə musiqi təhsili alır. Lakin Nihad qəlbində döyünən böyük Vətən eşqi ilə yolunu Heydər Əliyev adına Hərbi Liseydən salır. O, 2012-2015-ci illərdə bu  liseydə təhsil aldıqdan sonra təhsilini davam etdirmək üçün Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2019-cu ildə həmin məktəbi bitirib Mingəçevirdə hərbi xidmətə başlayır. Yüksək bacarığı sayəsində Nihad tezliklə bölük komandiri olur. Özü kimi Vətən aşiqi yoldaşları ilə müxtəlif təlimlərə qoşulan Nihadın yalnız bir məqsədi vari idi: Torpaqlarımızı düşmən işğalından azad etmək. Və nəhayət illərlə gözlədiyimiz gün-sentyabrın 27-si gəlib çatır. Düşmənə qarşı əks-hücum əməliyyatı başlayır. Gənc zabit Suqovuşanın azad edilməsində böyük şücaət göstərir. Nihad Seyidovun son döyüşü oktyabrın 15-də olur. O, düşmən snayperinin atəşi nəticəsində şəhadətə qovuşur. Noyabrın 2-də zabitin nəşi Naxçıvana gətirilir. Vətənin müdafiəsi uğrunda canını fəda edən Nihad ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Naxçıvan televiziyasının əməkdaşları Suqovuşan qəhrəmanı şəhid Nihad Seyidovla bağlı reportaj hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin reportajı təqdim edir:

Məsumə Şirəliyeva

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: