Qaraquş Dövlət Meşəsində biotexniki tədbir keçirildi - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Arpaçay Dövlət Təbiət Yasaqlığında çöl heyvanlarının kompleks məskunlaşdığı ərazilərdə və miqrasiya dəhlizlərində biotexniki tədbir keçiriblər. Ekoloqlar qoruğun ərazisindəki Qaraquş Dövlət Meşəsinin ətraflarına 15 kip qaba yem səpilib və 200 kiloqram daş duz qoyulub.

Qeyd edək ki, 68 min 911 hektar əraziyə malik Arpaçay Dövlət Təbiət Yasaqlığı zəngin bitki örtüyü, fauna və floraya malikdir. Bu ərazilərdə çöl heyvanlarının qidaya olan tələbatının qış aylarında daha da artması  heyvanların alternativ qida mənbələri axtarmasına, bəzən də miqrasiyasına səbəb olur. Bunu nəzərə alan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Arpaçay Dövlət Təbiət Yasaqlığının əməkdaşları yabanı faunanın qida tələbatını qismən ödəmək üçün ərazilərdə biotexniki tədbirlər həyata keçirirlər. Ekoloqlar bildirirlər ki, dağlıq ərazilərdə qar örtüyünün çox olmasını nəzərə alaraq əvvəlcədən tədarük olunan quru ot, tərəvəz qalıqları və daş duz çöl heyvanlarının qidalanmasını xeyli asanlaşdırır, xəstəliklərə qarşı davamlılığını artırır, onların duza olan tələbatı ödənir və qış fəslindən sağlam şəkildə çıxmasına münbit şərait yaradır.

                                                           Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: