Çin karbon dioksidin monitorinqi üçün yeni peyk buraxacaq

A- A A+

Çin, atmosferdəki karbon dioksidin monitorinqi üçün lazer lokatoru sistemi (LiDAR) ilə təchiz edilmiş yeni peykin buraxılmasını planlaşdırır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Milli Peyk Meteoroloji Mərkəzinin baş elmi işçisi Çjan Cinin, Sinxua Agentliyinə verdiyi müsahibəsində lidar texnologiyası vasitəsilə karbon qazını aktiv şəkildə araşdıran dünyanın ilk peykinin iyul ayında buraxılmağa hazır olacağını bildirib.

Onun sözlərinə görə 2016-cı ildən bəri Çin CO2-nin monitorinqi və öyrənilməsi üçün üç peyk buraxıb, bunların hamısı passiv optik uzaqdan zondla tədqiqetmə texnologiyası ilə təchiz olunub.

“Bu peyklərin tətbiq edilməsi planetimizin qorunması üçün texnoloji dəstəyin təmin etdiklərinə görə yalnız Çinə deyil, bütün dünyaya fayda gətirəcək”, - deyə Çjan Sinin bildirib.

Ölkənin 2030-cu ilədək karbon dioksidi tullantılarının pik səviyyəsinə çatması və 2060-cı ilədək karbon neytrallığına keçidinə nail olması üzrə səylərin fonunda 14-cü beşillik dövründə (2021-2025-ci illər) karbon dioksidinin monitorinqi üçün meteoroloji peyklərin qruplaşmasının yaradılması gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: