Universitet Şəhərciyi Ərazi İlk Partiya Təşkilatının sədri seçilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Yeni Azərbaycan Partiyası Universitet Şəhərciyi Ərazi İlk Təşkilatının hesabat seçki yığıncağı keçirilib.                   

Yığıncaqda Naxçıvan Dövlət  Universitetinin rektoru Elbrus İsayev bildirib ki, bu gün 760 min 580 nəfər ziyalı, vətənpərvər, sağlam siyasi əqidəyə malik partiya üzvünü öz sıralarında birləşdirən Yeni Azərbaycan Partiyasının təməl prinsiplərinin formalaşması məhz Naxçıvan Muxtar Respublikasından başlanıb. Bu gün də YAP  Muxtar Respublika təşkilatı bu yolda inamla addımlayır və partiya üzvləri müxtəlif sahələrdə fəallıq göstərərək, istər respublika miqyaslı, istərsə də beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edirlər.  

Rektor qeyd edib ki, muxtar respublikanın ən böyük ali təhsil ocağı olan NDU-da tələbə-gənclərin təhsili, onların intellektual inkişafı, vətənpərvərliyi, dövlətçiliyimizdə sədaqət rolunda tərbiyəsi və sağlam siyasi təfəkkürdə formalaşdırılması diqqətdə saxlanılır. Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyası Universitet Şəhərciyi Ərazi İlk Təşkilatının  2 min 162 üzvü vardır. Üzvlərin 211-i professor-müəllim heyəti, 1210-u isə qızlardır.   

YAP Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov bildirib ki, hazırda muxtar respublikada 502 Ərazi İlk Partiya Təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlardan muxtar respublika üzrə ən böyüyü məhz Universitet Şəhərciyi Ərazi İlk Partiya Təşkilatıdır. Bu ilk təşkilatı fərqləndirən əsas xüsusiyyət təşkilatın say tərkibində ziyalı təbəqə və həm ölkəmiz, həm də partiyamız üçün xüsusi əhəmiyyəti olan fəal gəclərin çox olmasıdır. Partiyanın gələcəyini, onun mövqelərinin saxlanılması və daha da möhkəmləndirilməsi missiyasının uğurla davam etdirilməsi gənclərin əlindədir. 

İngilis dili və metodika kafedrasının baş müəllimi Aidə Cəlilzadə, Universitetin “Azərbaycan tarixi” kafedrasının müdiri Zəhmət Şahverdiyev və YAP Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli məruzələr ətrafında çıxış ediblər.

Yığıncaqda YAP Universitet  Şəhərciyi Ərazi İlk Partiya Təşkilatının sədri Asəf Əliyev və Universitet YAP Gənclər Birliyinin sədri Elgün Tağıyevin hesabat çıxışları dinlənilib.    

Sonra yığıncağın qərarı qəbul edilib. Universitet  Şəhərciyi Ərazi İlk Partiya Təşkilatının 13 nəfərdən ibarət idarə heyəti seçilib.  Abdullayev Arzu Kamal oğlu Universitet  Şəhərciyi Ərazi İlk Partiya Təşkilatının sədri seçilib.

Sonda Universitet Şəhərciyi Ərazi İlk Partiya Təşkilatının yeni sədri Arzu Abdullayev minnətdarlıq edib, təşkilatın fəaliyyətinin genişləndirilməsində səylə çalışacağını bildirib.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: