Naxçıvanda əhalinin demoqrafik prosesində müsbət dinamika qeydə alınıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə  bildirilib  ki, son on ildə muxtar  respublikada 27, 8 min nikah qeydə alınıb. 2020-ci ildə doğulan 4624 uşağın  2450-ni və ya 53 faizini oğlanlar,  2174-nü   və ya  47 faizini qızlar təşkil edib. Oğlanlarda Yusif, Əli, Hüseyin, Məhəmməd və Uğur, qızlarda isə Fatimə, Nilay, Zeynəb, Fatimə, Zəhra və Məryəm adları üstünlük təşkil edib.  Ümumilikdə isə son 10 ildə muxtar  respublikada  71, 5 min uşaq doğulub.

Ümumi əhalinin 95,1 min nəfəri Naxçıvan şəhərində, 117,9 min nəfəri Şərur, 76,5 min nəfəri Babək, 50,3 min nəfəri Ordubad, 47,3 min nəfəri Culfa, 33 min nəfəri Kəngərli, 25,3 min nəfəri Şahbuz, 16,1 min nəfəri isə Sədərək rayonlarında qeydə alınıb.

2020-ci ildə ölüm göstəricisi əhalinin hər 1000 nəfərinə hesab göstəricisi ilə  6,2 nəfər, 1 yaşa qədər uşaq ölümü ilə əlaqədar göstərici isə hər 1000 doğulana hesabı ilə  3,9 nəfər təşkil edib. 1 yanvar 2021–ci il tarixə muxtar respublikada gənclərin sayı ümumi əhalinin 30,8 faizini təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: