Ağbulaq Xizək Mərkəzi Türkiyə mətbuatında - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Kış Turizm Merkezine Kavuşan Nahçıvan Halkının 'Kayak' Sevinci”, “Nahçıvan kayak merkezine kavuştu” sərlövhələri ilə dərc olunan məqalələr qardaş ölkənin geniş oxucu kütləsinə sahib sondakika.comhaber7.comyenihavadis.com, www.aa.com.tr, beyazgazete.com, haberword.comhaberler.comsaytlarında yer alıb. Anadolu Agentliyinin müxbirləri tərəfindən hazırlanan materialda qeyd olunur ki, Naxçıvanın qış turizmindəki  yeni ünvanı olan Ağbulaq Xizək Mərkəzi bölgə əhalisi ilə yanaşı turistlərin də geniş marağına səbəb olub. Muxtar respublikada turizmin inkişafı ilə bağlı Dövlət Proqramına uyğun olaraq  yaradılan, fevralın 17-də istifadəyə verilən Mərkəzdə uzunluğu 1580 metr olan dağ-xizək sahəsi var. Yeni xizək mərkəzinin yaradılmasının sevincini yaşayan bölgə əhalisinin buraya  marağı böyükdür və ailələr burada xoş istirahət edirlər.

“Mərkəzin ən böyük xüsusiyyəti ondan ibarətdir ki, bura Naxçıvanda xizəkçilik və qış turizmi üçün bir ilkdir”,- deyə yazan jurnalist   Mərkəzin direktoru Fərid Seyidovun fikrinə istinadən bildirir ki, ən müasir texnologiyaların tətbiq olunması ilə ərsəyə gələn mərkəzə yerli və xarici turistlərin axını böyükdür.

Məqalədə o da vurğulanır ki, Mərkəzdə təklif olunan xidmətlər üçün qiymətlər çox münasibdir. Burada, həmçinin əyləncə və uşaq parkları, 219 metrlik konveyer xətləri,  uzunluğu 980 metr olan kanat da quraşdırılıb. Bölgənin təbii gözəllikləri imkan verir ki, Mərkəz qış aylarında dağ-xizək, yay aylarında isə dağ turizmini seçənlərə xidmət göstərsin. Bura müasir bir istirahət mərkəzi üçün lazım olan bütün imkanlara sahibdir. Mərkəzdə  bir gün, yaxud da bir neçə gün qalmaq istəyən turistlərə bütün şərait yaradılıb. Burada yüksək konfortlu otel, koteclər, kafe və yeməkxana fəaliyyət göstərir. Bundan əlavə yüksək səviyyədə qastronomiya xidməti də göstərilir.

Məqalədə mərkəzdə həmsöhbət olduqları Türkiyədən olan turistlər Hülya Küçükün və Eminə Özdemirin də fikirlərinə yer verilib. Onlar bildirirlər ki, Naxçıvanda belə bir mərkəzin qurulması onları çox sevindirib. “Bütün bölgə əhalisinin bura gəlməsini məsləhət bilirik. Gəlsinlər və burada əyləncəli idman oyunları ilə məşğul olsunlar”,- deyə qeyd olunur.

Qeyd edək ki, materiallar rus və  ərəb dilində də saytlara yerləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: