Gürcü jurnalist: Zəngilanda xəzinə axtaran düşmənlər günbəzlərin divarlarını və döşəməni dağıdıblar - FOTOLAR

A- A A+

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edən gürcü jurnalist, Rondelli Fondunun gürcü tədqiqatçısı Aleksandre Kvaxadze şəxsi “Facebook” səhifəsində yeni material yerləşdirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu dəfə o, Gürcüstanın Marneuli rayonunda və Qarabağda gördüyü günbəzləri müqayisə edib.

Jurnalist yazır: “Xudafərin körpüsünü, Zəngilan rayonunu və Qubadlı şəhərini ziyarət etdik. XI əsrdə Araz çayının üzərində tikilmiş qədim tarixi abidə olan Xudafərin körpüsünü gördük. Bu körpü İran İslam Respublikası ilə Azərbaycan Respublikasını birləşdirir”.

Gürcüstanda və Azərbaycanda gördüyü tarixi abidələri, günbəzləri müqayisə edən jurnalist yazır: “Zəngilan rayonundakı Muradbəyli günbəzini gördüm. Marneulidə də çoxlu sayda günbəz görmüşəm, ancaq heç birini burada gördüyümlə müqayisə etmək olmaz. Təəssüf ki, xəzinə axtaranlar günbəzin divarını və döşəməni sındırıb, viran qoyublar”.

Tədqiqatçı erməni işğalından azad olunmuş ərazilərdə gedən bərpa işlərindən də söz açıb: “Zəngilanda digər rayonlardan fərqli olaraq nisbətən az ərazi minalandığına görə, burada bərpa işləri daha sürətli aparılır. Ağır texnika dayanmadan işləyir”.

Gürcü jurnalist Qubadlı rayonunda gördüklərinə də diqqət çəkir: “Sonra biz Qubadlıya getdik. Orada 2010-cu illərdə Suriyadan gəlmiş erməni qaçqınlar üçün tikilmiş kənddən keçdim. İkinci Qarabağ müharibəsindən sonra erməni əhalisi bu kəndi və ümumilikdə Qubadlını tərk edib. Eləcə də Kəlbəcərdə erməni ailə tərəfindən tərk edilmiş evi də gördüm. Sonda Qubadlı rayonunun komendantı səhra şəraitində bizi çaya qonaq etdi. Gördüklərim məni heyrətə gətirdi”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: