Şərur rayonunda torpaqların münbitliyinin artırılmasına dair maarifləndirici tədbir keçirilib

A- A A+

Meliorasiya və Su Təsərrüfatı ASC-nin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Şərur rayonunda Rayon İcra Hakimiyyətinin, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı, torpaq mülkiyyətçiləri və sahibkarların iştirakı ilə baş tutub.

Tədbirdə qeyd olunub ki, torpaqların münbitliyinin artırılması, ərzaq məhsullarına olan tələbatın tam ödənilməsi üçün əkin sahələri lazımi qaydada becərilməlidir. Həmçinin şoranlaşmış torpaqların yenidən əkin dövriyyəsinə qatılması üçün onların müəyyən edilməsi, xəritələşdirilməsi aparılmalı və istifadəyə yararlı vəziyyətə gətirilməlidir.

Sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə "2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı" təsdiq olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: