Təhsil müəssisələrində fövqəladə hallara hazırlıq işi diqqətdə saxlanılmalıdır

A- A A+

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Nazirliyin Mülki müdafiə işinin  təşkili şöbəsinin əməkdaşları bu mövzuda Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində maarifləndirici tədbir keçirib. Tədbirin əsas məqsədi Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin kollektivinə mülki müdafiə, fövqəladə hallardan qorunma, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qaz və elektrik təsərrüfatı, dəm qazının yaranmasının qarşısının alınması və yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müəyyən edilmiş qaydalar haqqında məlumat vermək olub.

Tədbir iştirakçılarına “Müəssisələrdə mülki müdafiənin düzgün təşkili təhlükəsizliyin qarantıdır”, “Yanğın və digər xoşagəlməz hallar zamanı ilk tibbi yardımın göstərilməsini hər kəs bacarmalıdır” mövzuları ilə bağlı ətraflı məlumat verilib.

Sonda verilən suallar cavablandırılıb, mövzulara aid slayd və videolar təqdim edilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: