Yaz-yay aylarında muxtar respublikada 231,8 hektardan artıq yaşıllıq sahələri salınacaq - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 231,8 hektar sahədə aparılacaq yaşıllaşdırma, meşəsalma və meşəbərpa tədbirlərinin görülməsi üçün hazırlıq işlərinə başlanılıb.                                         

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, şəhər, rayon icra hakimiyyətləri tərəfindən aparılacaq yaşıllaşdırma tədbirləri zamanı 49,1 hektar sahədə meyvə, 6,3 hektar sahədə üzüm, 127 hektar sahədə toxumla əkin, 2 hektar sahədə toxmacarlıq və qələmkökləndirmə, 47,4 hektar sahədə isə tinglə bərpa işlərinin aparılması planlaşdırılır.

Yaşıllıq sahələrinin salınmasında istifadə olunacaq ting materialları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tingçilik təsərrüfatlarından, Naxçıvan Yaşıllaşdırma xidmətinin “İqlim otağı”nın və rayon icra hakimiyyətlərinin balansında olan tingçilik sahələrindən tədarük olunacaq.                                             

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: