İri ticarət obyektləri və yanacaqdoldurma məntəqələrində yoxlamalar davam etdirilir - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Naxçıvan şəhərində fəaliyyət göstərən ticarət mərkəzləri və yanacaqdoldurma məntəqələrində yanğın və partlayış təhlükəsinə qarşı keçirilən yoxlamalar zamanı satıcılara, operatorlara və cavabdeh şəxslərə yanğınsöndürmə balonlarından və yanğın su kranlarından istifadə qaydaları əyani olaraq göstərilib, hadisə anında vətəndaşların təxliyə yollarından düzgün istifadəsinə dair tövsiyələr verilib.

Yoxlamaların keçirilməsində məqsəd insanların daha çox toplaşdığı yerlərdən olan ticarət mərkəzlərində və təhlükə potensiallı obyektlər sırasında olan yanacaqdoldurma məntəqələrində yanğın təhlükəsizliyinin təmin edilməsinə nəzarət etmək, cavabdeh şəxslərin öz işlərinə daha məsuliyyətli olmalarına nail olmaq, müəssisələrdə olan yanğınsöndürmə balonları və yanğın su kranlarının saz və hazır vəziyyətdə olmalarına diqqət yetirmək və istifadə qaydalarını cavabdeh şəxslərə təkrar öyrətməkdən ibarətdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: