Şərur rayonunda yeni meyvə bağı salınıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yazın gəlişi ilə əlaqədar Şərur rayonun Xanlıqlar kəndində 0,7 hektar sahədə yeni meyvə bağı salınıb. Keçirilən yaşıllaşdırma aksiyasında idarə, müəssisə, təşkilat və ictimaiyyət nümayəndələri yaxından iştirak ediblər.
Aksiya zamanı ərazi hamarlanıb, torpaq münbitləşdirilib, əkin üçün yararlı hala salınıb. Bu əraziyə 200-dən artıq calaq edilən ərik tingi əkilib. Yeni əkilən tinglərin gövdələri ağardılıb və suvarılıb.
Analoji tədbirlər bundan sonra da davam etdiriləcək.
Məhəmməd Fərəcov