8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində sosial könüllülər 255 tənha yaşayan ahıl qadınları ziyarət etdi - VİDEO
Hazırda muxtar respublikada tənha yaşayan və hərəkət qabiliyyəti məhdud olan 293 nəfərə evlərində, 5 nəfərə isə Ahıllar Evində sosial xidmətlər göstərilir. Yaxın qohumu ilə eyni yaşayış məntəqəsində yaşamayan və kənar şəxslərin qulluğuna ehtiyacı olan tənha ahıllara mütəmadi olaraq evlərində baş çəkilir, zəruri məişət işlərində köməklik göstərilir. Bu tədbirlərin davamı olaraq, 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində sosial könüllülər 255 tənha yaşayan ahıl qadınları ziyarət edib, onlara hədiyyələr təqdim ediblər.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Röyal Kərimov