Məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış davam edir - VİDEO
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun 2021-ci il üçün Tədbirlər planına uyğun olaraq Heydər Əliyev Sarayında sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərinin sərgi-satışı davam edir. Muxtar respublikada fəaliyyət göstərən nazirlik, komitə, idarə, müəssisə və təşkilatların, eləcə də ali təhsil müəssisələrinin kollektivləri, şəhər sakinləri sərgi-satışla tanış olub, zövqlərinə uyğun hədiyyəlik əl işləri alıblar.
Naxçıvan Dövlət Universitetinin kollektivi sərgi-satışa baxıb.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir:
Turab Hacızadə