Kəngərli rayonunda yollarda cari təmir işləri aparılır

A- A A+

Kəngərli rayonundakı mövcud yol infrastrukturunun yenilənməsi, əlavə yolların çəkilişi, avtomaşınların və piyadaların rahat gediş-gəlişinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Bunun üçün yollarda əsaslı və ya cari təmir işləri görülür, yeni yollar çəkilir. Bu müddətdə Qıvraq qəsəbəsində məhəlləarası yollarda cari təmir işləri aparılıb. Belə ki, 1 kilometr məsafədə məhəlləarası yollara qum-çınqıl tökülərək bərkidilib. Yolun keyfiyyətli təmiri üçün texnikanın gücündən istifadə edilir. Bu kimi tədbirlər hazırda müxtəlif yerlərdə davam etdirilir.

                                                             “Yeni həyat” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: