Günün şeiri: Özü dünya boyda 8 Mart Qadın

A- A A+

Özü dünya boyda 8 Mart Qadın

Qoy durum səcdənə,

öpüm əlindən,

Ay çiçək ətirli, zərafət qadın.

Qoymur bu dünyanı yerə çiynindən,

Özü dünya boyda 8 Mart Qadın.

Ayağı cənnətdi, başı buludlar...

O həyat verəndi, can yetirəndi,

Bir alıb, min verib, bar gətirəndi,

Torpaqla əlləşən,

yerlə əlləşən,

Xoş sözlə durulub, hey gözəlləşən,

Ölümüylə belə ölümsüzləşən,

Bir məzar, bir heykəl, abidə qadın...

Gözləri yol çəkən, sözü yol çəkən,

Taleyə qarğıyıb, özü yol çəkən,

Dərəsi yol çəkən, düzü yol çəkən,

Bəzən öz-özünə hədiyyə qadın,

məktəb,

universitet,

xadimə qadın.

Qarlı səngərlərin salamı, səsi,

Güllə keçirməzdir köksü, sinəsi:

Mübariz andıdır, Polad nəfəsi,

Qazi,

Şəhid qadın,

Qəhrəman qadın,

Ay şəhid anası, ay şəhid qadın!

Saçının ağında, üz qırışında,

min dərdi,

min odu daşıya bilir.

Bəzən buxov altda, dərd

yağışında,

Yüz il də islanıb yaşaya bilir.  

Beləcə, heç yana getməyir qadın,

özü öz içində alışır, yanır,

Adi gülüşü  də, təbəssümü də,

Qoxlayır, 

qoxlayır...

öpür, oxşayır,

Onu dünya boyda məhəbbət sayır...

Dəyişir fəsillər, ötüşür illər,

Sığmır hər zamana, hər ana qadın,

Ucalır göy boyda, kainat boyda,

Olur hər ürəkdə bir ANA qadın!

Sahil Tahirli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: