Culfa rayonunun kollektivləri Əlincəqala muzeyini ziyarət edib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Culfa rayonunun idarə, müəssisə və təşkilatlarının kollektivləri “Əlincəqala”  muzeyini ziyarət edib.

Muzeydə olan kollektivə qala sakinlərinin həyat tərzini özündə əks etdirən maddi mədəniyyət nümunələri barədə ətraflı məlumat verilib. Bildirilib ki, Əlincəqalada məskunlaşan insanların həyat tərzini əks etdirən maddi-mədəniyyət nümunələri, xüsusilə qədim məişət əşyaları, qalada aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi nümunələr, Naxçıvanın və Əlincəqalanın tarixi ilə bağlı yazılmış kitablar, qəzet məqalələri, qalanın bərpadan əvvəl, bərpa zamanı və bərpadan sonrakı fotoşəkilləri muzeydə nümayiş etdirilir.

Qeyd olunub ki, muzeyin ekspozisiyasındakı saxsı qab və çıraqlar, Əlincəqala ərazisindən aşkar olunmuş boyalı keramika parçaları Azərbaycanda sənətkarlıq ənənələrinin qədim dövrlərdən formalaşdığını göstərən nadir eksponatlar kimi böyük əhəmiyyətə malikdir. Bütün bunlar həm də xalqımızın orta əsrlər dövrünə aid məişət mədəniyyəti haqqında dolğun təəssürat yaradır.       

 

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: