Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, əvvəlki aylarda olduğu kimi, mart ayında da əhaliyə pensiyaların ödənilməsi vaxtından əvvəl başa çatdırılıb. Tələb olunan vəsait fondun xəzinə hesabından pensiyaçıların plastik bankomat kartlarına köçürülüb, istəklərinə uyğun olaraq kənd məntəqələrində yaşayan pensiyaçılara isə poçt bölmələri vasitəsilə ödənilib.
Qeyd edək ki, hazırda məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin də vaxtında maliyyələşdirilməsi üçün müvafiq işlər davam etdirilir.