“WhatsApp”da yazışmaların ehtiyat nüsxəsi şifrlənəcək

A- A A+

“Facebook” sosial şəbəkəsinə məxsus olan “WhatsApp” messencerində bulud xidmətində saxlanılan yazışmaların ehtiyat nüsxəsinin şifrlənməsi planlaşdırılır.

NUHÇIXAN İnformasiya Agentliyi xarici saytlara istinadla xəbər verir ki, bulud arxivinə icazəsiz girişin qarşısını almaq üçün gələcək ehtiyat nüsxələrin şifrlənməsində istifadə ediləcək parol təyin etmək mümkün olacaq. Mesajları arxivdən bərpa etmək istədikdə həmin şifri daxil etmək lazım gələcək. Bildirilib ki, “WhatsApp” unudulmuş şifrin bərpasında istifadəçiyə kömək edə bilməyəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: