Heydər Əliyev Sarayında keçirilən qadınların əl işlərinin sərgi-satışına 7500-dən çox əl işi çıxarılıb - VİDEO
Heydər Əliyev Sarayında sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış davam edir.
Mart ayının 5-dən Heydər Əliyev Sarayının foyesi sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış üçün ayrılıb. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Ağır Cinayətlər Məhkəməsinin, Dövlət İmtahan Mərkəzinin, Naxçıvan Müəllimlər İnstitutunun kollektivləri və digər qonaqlar bu gün sərgiyə baxıblar.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Adilə Səfərova