Muxtar respublikada dezinfeksiya tədbirləri davam etdirilir - VİDEO
Muxtar respublikada əhalinin sağlamlığının qorunması istiqamətində ardıcıl mədsədyönlü tədbirlər davam etdirilir. Bu tədbirlərin davamı kimi mütəmadi olaraq insanların sıx toplaşdığı yerlərdə yoluxucu xəstəliklərə qarşı dezinfeksiya və tibbi profilaktiki işlər görülür.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Gigiyena və Epidemiologiya Mərkəzinin təşkilatçılığı ilə ticarət mərkəzləri dezinfeksiya olunub.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Sadiq Məmmədov