Qan təzyiqini aşağı salan içki müəyyən edilib

A- A A+

Pomidor suyu ürək xəstəlikləri riski yüksək olan insanlarda qan təzyiqini və xolesterin səviyyəsini azalda bilər.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Tokio Tibb Universitetinin alimləri bu qənaətə gəlib.

Bir il ərzində aparılan müşahidələr zamanı 418 könüllü duzsuz pomidor suyu içib və sağlığındakı dəyişikliklər barədə qeydlər aparıb.

Yekunda məlum olub ki, hipertoniyalı insanlarda qan təzyiqi orta hesabla 3 faiz azalıb.

Mütəxəssislər hesab edir ki, pomidor suyunu duzsuz içmək daha məqsədəuyğundur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: