Naxçıvanda yeni nəşrlər işıq üzü görüb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” jurnalının 38-ci nömrəsi və “2020-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının xülasəsi” nəşr olunub.

“Naxçıvan” jurnalının bu sayı 2020-ci il 14-15 avqust tarixlərində Naxçıvanda keçirilən və Naxçıvan Muxtar Respublikasının müstəqillik illərindəki sosial-iqtisadi və mədəni inkişafına həsr olunan beynəlxalq konfransın materialları əsasında hazırlanıb. Jurnalda yer alan məqalələrdə 1995-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əldə olunan dayanıqlı inkişaf, uğurlar və perspektivlərə nəzər salınır, sosial-iqtisadi, mədəni inkişafın statistikası təhlil olunur.

“2020-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının xülasəsi”ndə isə ötən il Naxçıvanda sosial və iqtisadi sahədə qazanılan uğurlardan bəhs edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: