Naxçıvanlı həkimlər İranda səfərdə olublar

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvanlı həkimlərdən ibarət nümayəndə heyəti  İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin mərkəzi ­Urmiya şəhərinə səfər ediblər.

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyevanın rəhbərlik etdiyi heyət Urmiya şəhərində yerləşən bir neçə xəstəxana   və ixtisaslaşdırılmış klinika  ilə tanış olub. Urmiya ürək xəstəxanasında naxçıvanlı həkimlərlə onların iranlı həmkarları arasında  qarşılıqlı təcrübə mübadiləsi aparılıb.

Urmiya şəhərində fəaliyyət göstərən özəl “Azərbaycan” xəstəxanasında keçirilən beynəlxalq konfransda Naxçıvanlı həkimlər dinləyici qismində iştirak ediblər. Bununla bərabər, dünya səhiyyəsinin aktual məsələləri barədə həkimlərimizin çıxışları  diqqətlə dinlənilib. Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva “Azərbaycan” xəstəxanası ilə qarşılıqlı əlaqələri, bütövlükdə, hər iki ölkənin səhiyyə sistemi arasında münasibətlərin tərkib hissəsi kimi dəyərləndirib.

Sonra dinləyicilərə ingilis dilində muxtar respublikanın səhiyyə müəssisələrində son illər qazanılmış uğurlar barədə məlumat verilib. Həkimlərimiz konfransdan sonra bir sıra görüşlərdə də iştirak edib və Urmiya şəhərinin görməli yerləri ilə tanış olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: