Babək rayonunun səhiyyə işçilərinə ikinci doza vaksin vurulub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Babək Rayon Mərkəzi Xəstəxanasının, gigiyena və epidemiologiya şöbəsinin, Nehrəm və Cəhri qəsəbə sahə xəstəxanalarının, həkim ambulatoriyalarının, feldşer-mama məntəqələrinin 321 tibb işçisi “Sinovac” vaksini ilə peyvəndlənib. Bu məqsədlə xəstəxanalarda xüsusi otaqlar ayrılıb.
Ay ərzində Sədərək Rayon Mərkəzi Xəstəxanasında 56, Kəngərli Rayon Mərkəzi Xəstəxanasında 132, Ordubad Rayon Mərkəzi Xəstəxanasında 190, Şahbuz Rayon Mərkəzi Xəstəxanasında 230 səhiyyə işçisinə COVİD-19 virus infeksiyasına qarşı peyvəndin 2-ci dozası vurulub.
Qeyd edək ki, Naxçıvan şəhərinin tibb müəssisələrində, o cümlədən rayonlarda səhiyyə işçiləri arasında COVID-19 xəstəliyinə qarşı vaksinasiyanın ilk mərhələsi zamanı 3 min 500 tibb işçisi vaksinasiya edilib. Təhlükəsizliyinə və effektivliyinə görə seçilən bu vaksinasiyada heç bir narahatlıq müşahidə olunmayıb.
Sadiq Məmmədov