Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib - VİDEO
Muxtar respublikanın əksər bölgələrində hava şəraitinin dəyişərək temperaturun enməsini, rayonlarda, habelə Naxçıvan şəhərində qar yağması nəticəsində meydana gələ biləcək yol qəzalarının qarşısının alınması məqsədilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş iş rejiminə keçib. Mütəxəssislər bir daha sürücülərə son dərəcə diqqətli və ehtiyatlı olmağı tövsiyə edir.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Röyal Kərimov