NUHÇIXAN xəbər verir ki, İtaliya Respublikasının Azərbaycan Respublikasındakı Səfirinin müavini-Müvəqqəti İşlər Vəkili Umberto Boeri və İtaliyanın "Techno Alpin" şirkətinin export üzrə direktoru Benjamin Poetz Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb. Görüş Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində keçirilib.