Ahıllar Evində tibbi müayinə təşkil olunub - VİDEO

A- A A+

Naxçıvan Muxtar Respublika Xəstəxanası tərəfindən Şahbuz şəhərindəki Ahıllar Evində yaşayan sakinlərin tibbi müayinəsi təşkil olunub.

Tibbi aksiyada Naxçıvan Muxtar Respublika Xəstəxanasının 11 ixtisaslı həkimi iştirak edib. Sakinlər ayrı-ayrılıqda göz, travmatoloq, uroloq, radioloq, lor, kardioloq, stomatoloq, terapevt, cərrah və digər ixtisaslı həkimlər tərəfindən müayinə olunub. Hər hansı bir xəstəliyi aşkarlanan sakinlərə müalicələr təyin edilib.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

                                           

                                         

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: