Muxtar respublikanın dağlıq ərazilərində qarın qalınlığı 50-70 santimetrə çatır - VİDEO
Bir neçə gündür ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Xüsusilə bu gün səhər saatlarında intensiv xarakter alan qar muxtar respublikanın rayonları ilə yanaşı, Naxçıvan şəhərini də yenidən ağ örpəyə bürüyüb. Muxtar respublikanın dağlıq ərazilərində qarın qalınlığı 50-70 santimetrə çatır. Bütün bunlara baxmayaraq, görülən qabaqlayıcı və operativ tədbirlər nəticəsində gediş-gəliş və hərəkətin təhlükəsizliyi sarıdan heç bir çətinlik yaşanmır. Təbii qaz və elektrik enerjisinin və istiliyin verilişində də heç bir çatışmazlıq yoxdur.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir: