Kəngərli rayonunda yeni badam bağı salınıb - FOTOLAR

A- A A+

Yaz mövsümündə muxtar respublika ərazisində, xüsusilə kənd təsərrüfatı əkinləri üçün yararsız olan ərazilərdə yaşıllaşdırma tədbirləri aparılır. Naxçıvanda qədim meyvəçilik sahələrindən olan badamçılıq Kəngərli rayonunda da diqqətdə saxlanılır. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu işlərin davamı olaraq rayonun Böyükdüz kəndi ərazisində 1.8 hektar  şoranlaşmaya meyilli ərazidə 1100 badam tingi əkilib. Tinglərə aqrotexniki qulluq göstərilib, lazımi becərmə və suvarma tədbirləri görülüb.

Qeyd edək ki, bu il rayonda 2.3 hektar sahədə yeni badam tingi əkilib, ümümilikdə isə 40 hektara yaxın sahədə badam bağı salınıb.  

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: