Jurnalistlər Füzuli-Hadrut avtomobil yolunda görülən işlərlə tanış olublar

A- A A+

Martın 17-də media nümayəndələri işğaldan azad olunmuş Füzuli rayonuna səfər çərçivəsində iki gün öncə Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Füzuli-Hadrut avtomobil yolunda görülən işlərlə tanış olublar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu yol başlanğıcını Zəfər yolundan götürür və yeni inşa ediləcək Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Uzunluğu 13 kilometr olan bu yol 4 hərəkət zolaqlı olacaq. Yol boyunca avtomobil körpüləri inşa ediləcək.

Qeyd edək ki, martın 17-də media nümayəndələrinin işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarına səfəri təşkil olunub.

Səfər davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: