Jurnalistlər Xocavəndin Edilli və Düdükçü kəndlərində olublar - FOTOLAR
Martın 17-də media nümayəndələri işğaldan azad olunmuş rayonlarımıza səfər çərçivəsində Xocavəndin Edilli və Düdükçü kəndlərində olublar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qəhrəman əsgərlərimizin yağı düşməndən azad etdiyi qədim Azərbaycan torpaqlarında bu gün üçrəngli şanlı Azərbaycan bayrağı dalğalanır.
Bu ərazilər Ermənistan tərəfindən 1992-ci ildə işğal edilmişdi. Şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində başlatdığı “Dəmir yumruq” əməliyyatı nəticəsində ötən il işğaldan azad olunub.