Muxtar respublikada yaşı 50 və daha yuxarı şəxslərin vaksinasiyası başladı: ilk Şahbuz sakinlərinə vuruldu - VİDEO
Mart ayının 18-dən başlayaraq muxtar respublikanın rayonlarında yaşı 50 və daha yuxarı şəxslərin vaksinasiyasına başlanılıb. Vaksinasiya tədbirlərinə ilk olaraq Şahbuz rayonundan start verilib.
Peyvənd ediləcək şəxslər əvvəlcə tibbi müayinələrdən keçirilib. Səhhətində problem olmayan 141 nəfərə peyvənd vurulub və heç bir narahatlıq müşahidə olunmayıb.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Novruz Məmmədov