Təhsil müəssisələrində mülki müdafiə işinin təşkilinə diqqət artırılmalıdır

A- A A+

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin əməkdaşları və Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin müəllim texniki işçi heyətinin iştirakı ilə mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı “Təhsil müəssisələrində mülki müdafiə işinin təşkilinə diqqət artırılmalıdırmövzusunda maarifləndirici tədbir keçirib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, təhsil müəssisələrində mülki müdafiə işinin təşkilinə və mülki müdafiə dərslərinin keçirilməsinə qoyulan müasir tələblər, məişətdə qaz və elektrik təsərrüfatından istifadə zamanı yanğın təhlükəsizliyi qaydaları, yanğın və digər xoşagəlməz hallar zamanı ilk yardımın göstərilməsi qaydaları haqqında tədbir iştirakçılarına məlumat verilib.

Daha sonra iştirakçıların verdiyi suallar cavablandırılıb, mövzulara aid slayd və videolar təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: