Müharibədən sonra Azərbaycanda 15 mina partlayışı olub, 14 nəfər həlak olub

A- A A+

Vətən müharibəsindən sonra Azərbaycan ərazisində mina partlayışı ilə bağlı 15 hadisə baş verib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Mahir Abbasov deyib.

O qeyd edib ki, hadisə nəticəsində 14 nəfər mülki şəxs ölüb, 16 nəfər isə müxtəlif xəsarətlər alıb: "Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan vətəndaşlarına qarşı təcavüzkar müharibə aparılır. Vətən müharibəsi başlanandan indiyə qədər 109 şəxs qəsdən öldürülüb, 470 şəxs zərərçəkmiş şəxs kimi tanınıb. Ümumilikdə, bu vaxta qədər 8 500 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Bunlar həm xəsarət alanlar, həm də mülklərinə ziyan dəymiş şəxslərdir. Mina partlaması nəticəsində xəsarət alanlardan 4 nəfər Minatəmizləmə Agentliyinin üzvləridir".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: