Azərbaycanda koronavirusun yeni ştammı aşkarlanıb

A- A A+

Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə mütəmadi olaraq “Sars Cov-2” genom analizləri edilərək şübhəli variantlar təqib olunur.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.

Məlumata görə, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib.

Qeyd edək ki, ölkəmizdə koronavirus əleyhinə istifadə olunan “CoronaVac” vaksini yeni ştamlara qarşı da effektivdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: