Fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyinin təmin olunması günümüzün zəruri tələbidir

A- A A+

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu barədə Naxçıvan şəhər Gömrük İdarəsinin işçiləri və cavabdeh vəzifəli şəxslərin iştirakı ilə keçirilən maarifləndirici tədbirdə səsləndirilib.

Maarifləndirici tədbirdə Gömrük obyektlərində yanğın təhlükəsizliyi məsələlərinin diqqət mərkəzində saxlanılması, həmçinin yaşayış evlərində və mənzillərində elektrik cihazlarının istismarı zamanı yanğın hadisələrinin baş vermə səbəbləri və onun qarşısının alınması üçün görüləcək tədbirlərdən danışılıb, iştirakçıların sualları cavablandırılıb.

Eyniadlı tədbir Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində də baş tutub. Tədbirdə fövqəladə vəziyyətlərdə davranış qaydalarının mənimsənilməsinin vacibliyi vurğulanıb, təbii və texnogen qəzalar zamanı davranış və fəaliyyət qaydaları haqqında iştirakçılara məlumat verilib.

Sonra məruzə ətrafında çıxışlarda məişətdə qaz təsərrüfatı və elektrik təsərrüfatından istifadə, müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları izah edilib.

Sonda tədbir iştirakçılarının verdiyi suallar cavablandırılıb, mövzulara uyğun slaydlar təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: