Naxçıvanda sosial qayğıya ehtiyacı olan şəxslərə bayram sovqatları verildi - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sosial qayğıya ehtiyacı olan şəxslərə bayram sovqatları Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilib.Bu münasibətlə təşkil olunan tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və rayon icra hakimiyyətlərinin nümayəndələri çıxış edərək müvafiq kateqoriyadan olan şəxsləri bayram münasibətilə təbrik ediblər. Tədbirdə iştirak edən sosial qayğıya ehtiyacı olan şəxslərə bayram sovqatları təqdim edilib.
Hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən tədbirlərdə iştirak edə bilməyən şəxslər evlərində ziyarət olunub, onlara bayram sovqatı və Novruz bayramının rəmzi olan səmənilər təqdim edilib. Bayram tədbirlərində, ümumilikdə sosial qayğıya ehtiyacı olan 1000 şəxsə bayram sovqatları təqdim edilib.
Xosrov İbrahimov