Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, 2021-ci ilin yanvar ayında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 536 manata çatdırılıb. Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz çoxdur.