Culfa rayonunda 7 hektar sahədə 70 kq-a yaxın toxum əkilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Culfa rayon Dərəşam ərazisində 7 hektar sahədə 70 kq-a yaxın toxum əkilib. Əkin zamanı xəstəliyə və quraqlığa davamlı olan iydə, alça, yemişan və həmərsin toxumlarından istifadə olunub.

Toxumla əkin muxtar respublikanın dağlıq və orta dağlıq ərazilərlə yanaşı, Arazboyu düzənliklərdə, xüsusilə sututan ərazilərdə və qrunt sularının səthə çıxdığı sahələrdə də aparılıb.

Səftər Sadiqov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: