Ordubad rayonunda ağacəkmə aksiyası keçirilib - FOTOLAR
Muxtar respublikanın digər rayonlarında olduğu kimi Ordubad rayonunda da meyvəçiliyin inkişafı və yaşıllaşdırma məqsədilə müxtəlif meyvə tingləri əkilir, yeni bağlar salınır, mövcud bağlar isə genişləndirilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu işlərin davamı olaraq Ordubad rayonunda bayram münasibətilə ağacəkmə aksiyası keçirilib. Rayon idarə və təşkilat kollektivləri ilə yanaşı ictimaiyyət nümayəndələri də aksiyaya qoşulub.
Aksiyada 1,3 hektar ərazidə 470 ağac əkilib. Bunlardan 400-ü ərik, 70-i isə badam ağacı olub. Ümumilikdə, ağacəkmələrdə 500 nəfər iştirak edib. Aksiya zamanı rayonun kəndlərində də təmizlik və abadlıq işləri aparılıb.
Səftər Sadiqov