Naxçıvanda vaksinasiya uğurla davam etdirilir - FOTOLAR

A- A A+

Muxtar respublikada COVİD-19 xəstəliyinə qarşı vaksinasiya uğurla həyata keçirilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində xüsusi komissiya fəaliyyət göstərir. Komissiyanın təşkilatçılığı ilə muxtar respublikada COVID-19 xəstəliyinə qarşı vaksinasiya aparılır. Peyvənd ilkin mərhələdə risk qrupuna daxil olan səhiyyə işçilərinə təhlükəsizliyinə və effektivliyinə görə seçilən “Sinovak” vaksini vurulub. Vaksinasiyaya 3500 tibb işçisi cəlb olunub.Yaxın günlərdə əhalinin də revaksinasiyası aparılacaq.

Risk qrupuna daxil olan peşə sahibləri ilə yanaşı 50 yaşdan yuxarı əhali qrupuna da peyvəndlərin vurulması həyata keçirilir.Bu günədək bu yaş kateqoriyasına daxil olan 902  nəfər  vaksinasiyaya cəlb olunub.

Bədən hərarəti 37 dərəcədən yüksək olanlara peyvənd vurulmayıb. Vaksinasiya zamanı heç bir narahatlıq müşahidə olunmayıb.                                                                  

Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: